Azyaşlıya qarşı qorxunc işgəncə - zəncirləndi
Bizi izləyin

Dünya

Azyaşlıya qarşı qorxunc işgəncə - zəncirləndi

Kamboçada kənd evlərinin birinə gedən polis və Uşaqların Mühafizəsi İdarəsinin əməkdaşları ayaq biləyindən böyük bir zəncirlə dirəyə kilidlənmiş qız uşağı aşkarlayıblar.


Hadisədən sonra dörd yaşlı qızın himayədarlarını saxlayan polislər, vəziyyəti öyrəndikdən sonra onlara cəza verməyib.

Polisin məlumatında qızın bir dəfə susuzluqdan öz sidiyini belə içmək məcburiyyətində qaldığı bildirilir.


Dəhşətli əmələ əl atan ögey ananın niyə cəzalandırılmaması barədə məlumatı verilməsə də bunun, Kamboçada borca müqəddəs baxılması səbəbindən baş verdiyi düşünülə bilər.


Belə ki, aparılan araşdırmalara görə qızın öz anasına borc pul verən ögey ana əvəzində dörd yaşlı qızı girov götürüb. İşə getdiyi üçün uşağa baxa bilməyən qadın onu hər gün dirəyə bağlayırmış.


Uşağın evdən çıxıb itməsindən və ya boğulmasından qorxduğu üçün dirəyə bağlı buraxdığını açıqlayan qadın evə bir kilometr məsafədə bir fermada çalışırmış. Uşaq hər gün səhər saat 7-11 və günortadan sonra 13-17 arası bağlı qalırmış. Uşağın öz anası isə yoxsul olduğundan borcunu ödəyərək qızını geri ala bilmir.(Anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm