Gülnarə Kərimovanın oğlu: “Sübut edin ki, anam sağdır”
Bizi izləyin

Dünya

Gülnarə Kərimovanın oğlu: “Sübut edin ki, anam sağdır”

Özbəkistan prezidenti İslam Kərimovun nəvəsi anası Gülnarə Kərimovanın sağ olmasının sübuta yetirilməsini xahiş edib

ANS PRESS-in məlumatına görə, nəvə İslam Kərimov bildirib ki, o, anasından hələ də heç bir xəbər ala bilmir.
“Anamı “ev dustağı”nda saxlayan şəxslərdən xahiş etmişəm ki, heç olmasa onun şəkil və ya videosunu mənə göstərsinlər. İstəyirəm görüm ki, anam sağdır və hər şey qaydasındadır”, deyə Gülnarə Kərimovanın oğlu bildirib.
Qeyd edək ki, Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovadan bu ilin əvvəlindən xəbər yoxdur. Özbəkistan mətbuatında Gülnarə Kərimovanın ölüm xəbəri də yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm