Dünya
“Ukrayna ərazisinə dəqiq zərbə endirilməlidir”
"Ukrayna ərazisinə dəqiq zərbə
endirilməlidir".
ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Federasiya Şurasının
vitse spikeri Yevgeni Buşmin bildirib.
Onun sözlərinə görə, bazar günü Ukrayna tərəfindən atılan mərmi
nəticəsində Rostov vilayətinin "Donetsk şəhəri"ndə bir yaşayış evi
zərər çəkib. Hadisə zamanı bir kişinin öldüyü, bir qadının isə ağır
yaralandığı deyilir.
"Son iki həftədir ki, mən Rostov vilayətindəyəm. Burada kim xidmət
edirsə, onların hamısı ilə həmsöhbət olmuşam. Əvvəllər rus
sərhədçilərinə qarşı heç bir provakasiya hiss etməmişdim, indi isə
əksinə düşünürəm ki, kimsə bizi Ukrayna silahlı qüvvələri ilə
üz-üzə qoymaq istəyir", - deyə Buşmin bildirib.
Yevgeni Buşmin
"Bu situasiyadan yeganə çıxış yolu İsrail kimi dəqiq zərbə
endirməkdir. Fələstinlilərlə döyüş zamanı da İsrail ordusu mərminin
haradan atıldığını öncədən dəqiqləşdirir, sonra isə həmin yeri məhv
edir", - deyə Rusiya Federasiya Şurasının vitse spikeri əlavə
edib.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi