Luqanskda qanlı döyüşlər başladı
Bizi izləyin

Dünya

Luqanskda qanlı döyüşlər başladı

"Luqansk şəhərinin ətrafında gərgin döyüşlər başlayıb".

ANS PRESS-in məlumatına görə, bu haqda qondarma "Donetsk xalq respublikası"nın könüllülərinin komandanı İqor Strelkov bildirib.

Onun sözlərinə görə, düşmən (Ukrayna ordusu nəzərdə tutulur) həmin əraziyə 70 tank gətirib. Alınan digər xəbərə görə, onlar vertolyotlarla döyüş bölgəsinə desant endirib", - deyə İqor Strelkov əlavə edib.

"Ancaq bütün cəbhə boyu bizim artilleriya qurğusu yerləşdirilib. Düşmən də hücuma keçmək üçün artilleriya qurğusundan, zirehli maşınlardan və vertolyotlardan istifadə edir. Donetsk şəhərinə cənub və qərbdən ukrların ("Ukr" - Ukrayna ordusu nəzərdə tutulur) kolonnası gəlir. Kramatorsk şəhərinin yaxınlığındakı Semyonovka qəsəbəsində də müdafiə postları qurulub. Həmin qəsəbədə nə işıq, nə də su var. Dükan və apteklərin də heç biri işləmir", - qondarma Donetsk xalq respublikasının könüllülərinin komandanının bəyanatında belə deyilir.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm