
İyulun 13-də Kiyevdə Maydana yığışanlar hakimiyyətdən təcili
olaraq Avropa Birliyi ilə assosiasiya sazişini təsdiqləməyi tələb
ediblər.
ANS PRESS-in məlumatına görə, aksiyaçılardan biri deyib ki, onlar
prezident Petro Poroşenkoya xalqın niyə Maydana çıxmasını
xatırlatmaq istəyirlər.
Fəallar deyiblər ki, Poroşenko assosiasiya haqqında sazişi dərhal
Ali Radanın müzakirəsinə verməlidir.
Qeyd edək ki, iyunun 27-də Ukrayna, Gürcüstan və Moldova Brüsseldə
Avropa Birliyi ilə iqtisadi və siyasi sazişlər imzalayıb. İyunun
30-da Moldova sazişi təsdiq edib. Gürcüstan parlamenti isə bununla
bağlı iyulun 18-də səsvermə keçirəcək.
Azad ticarət və siyasi əməkdaşlıq sazişlərinin imzalanması bu 3
ölkənin Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmasında böyük addım
hesab olunur.