• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

18 milyardlıq "gərəksiz" layihə

  • Dünya
  • 14 İyul 2014 08:02
  • 423 Baxış
18 milyardlıq "gərəksiz" layihə

Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Rusiyanın “Cənub axını” qaz kəməri layihəsinin Avropanın qazla təchizatının diversifikasiyası baxımından heç bir əhəmiyyətinin olmadığını bildirib.

Virtualaz.org saytı xəbər verir ki, Ştefan Füle bu səbəbdən “Cənub axını”nın Avropa İttifaqı üçün prioritet olmadığını deyib.

“Lakin bu, o demək deyil ki, biz “Cənub axını”na qarşıyıq. Sadəcə olaraq bütün ölkələr-Aİ üzvləri eyni standartlardan və qaydalardan çıxış etməlidir. Söhbət Aİ-nin səsvermə ilə qəbul etdiyi prinsiplərdən, ətraf mühitin mühafizəsindən, rəqabət mühitindən gedir” - deyə komissar “Azadlıq” radiosunun rus xidmətinə müsahibəsində bildirib.

Ştefan Füle əlavə edib ki, “Cənub axını” kəmərinin tikintisinə başlamazdan əvvəl bu nüansları aydınlaşdırmaq lazımdır. “Mən deyə bilmərəm ki, bu kəmər diversifikasiyaya kömək edəcək. Çünki “Cənub axını” indiyədək Avropaya hansı mənbədən qaz nəql edilirdisə, elə o mənbədən nəql edəcək. Lakin Aİ üzvü olan ölkələrdən bu layihədə iştirak etmək istəyənlər var və biz buna qarşı çıxa bilmərik. Bir şərtlə ki, həmin ölkələr Aİ-nin qəbul etdiyi qaydalara əməl etsinlər” - Füle əlavə edib.

Avropalı komissar “Cənub axını” kəmərinin tikintisinin Ukrayna böhranına görə dayandırıldığını gizlətməyib. Onun sözlərinə görə, layihədə iştirak edən ölkələr meydana çıxan sualları Moskva ilə müzakirə etməlidir, indi isə Ukrayna böhranına görə bu müzakirələr dayanıb.

“Cənub axını” “Qazprom”un qlobal infrastruktur layihəsidir və Qara dəniz akvatoriyasından keçməklə Avropaya ildə 63 milyard kubmetr qaz nəqlini nəzərdə tutur. Layihənin qiyməti ən azı 18 milyard avro dəyərləndirilir. Bu günlərdə Serbiya və Bolqarıstan “Cənub axını”nın tikintisini dayandırıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR