İran Qətəri 11 milyardlıq xərcə saldı
Bizi izləyin

Dünya

İran Qətəri 11 milyardlıq xərcə saldı

Qətər höküməti Pentaqonla 11 milyard dollar dəyərində kütləvi silah alımı barədə müqavilə bağlayıb. Bu, ABŞ-nin 2014-ci il müdafiə sahəsi üzrə ən böyük sazişidir.


ABŞ hərbi sözçüsü Con Kirbi bildirib ki. Qətər Pentaqonla təxminən 11 milyard dollar məbləğində kütləvi silah alışı üzrə müqavilə imzalayıb. ANS PRESS-in məlumatına görə, Kirbi qeyd edib ki, “Bu gün imzalanan müqvilə Qətər və ABŞ-ın təhlükəszilik və müdafiə sayəsində güclü tərəfdaş olduğunun isbatıdır".

Razılıq ABŞ müdafiə naziri Çak Heygel və onun Qətərlı həmkarı Həməd bin Xəlifə Əl-Tani tərəfindən imzalanıb. Bu ABŞ-nin müdafiə üzrə 2014-cü illdə imzaladığı ən böyük müqavilədir.

Amerika müdafiə nazirliyinin nümayəndələrinin bildirdiyinə görə söhbət 10 ədəd “Patriot” zenit-raket kopmpleksi, 24 “Apache” helikopteri və 500 ədəd “Javelin” tank əleyhinə tırtıllı raket qurğularından gedir.

Pentaqondan bildiriblər ki, Qətərın silah alma qərarı İranın raket arsenalının gücləndirilməsi ilə əlaqədardır. Vaşinqtonda ümüd edirlər ki, müqavilə iki ölkə arasında əlaqələri genişlədəcək. Belə ki, Qətər ABŞ-ın Yaxın Şərq regionunda ən əsas müttəfiqlərindəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm