NATO daxilində iki düşmən: Türkiyə və Yunanıstan
Bizi izləyin

Dünya

NATO daxilində iki düşmən: Türkiyə və Yunanıstan

NATO daxilində daim bir-biri ilə müharibəyə hazır vəziyyətdə olan iki ölkə var. Söhbət Türkiyə və Yunanıstandan gedir.

NATO ölkələri arasında zirehli texnikanın sayına görə Türkiyə ABŞ-dan sonra ikinci, Yunanıstan isə üçüncü yeri tutur. Faktiki olaraq, bu iki ölkənin hərbi gücü eynidir. Sadəcə, türklərdə bir balaca say üstünlüyü var.

Ümumi oxşar cəhət odur ki, hər iki ölkənin ordusunda 1980-ci, 70-ci, hətta 50-ci illərin zirehli texnikasından, aviasiyasından nümunələr var. Köhnəlmiş silahların sayına görə NATO-da türklərə və yunanlara rəqib olan yoxdur.

Ankara da, Afina da bu problemi həll etmək üçün yeni texnikalar əldə edir. Burada üstünlük türklərin tərəfindədir. İqtisadiyyatı daha çevik və inkişafda olan Türkiyə NATO ölkələri ilə sıx əməkdaşlıq edir, həmçinin Çin, Cənubi Koreya və İndoneziyadan müasir hərbi texnika alır.

İqtisadiyyatı bərbad gündə olan Yunanıstan isə bu mənada geri qalır. O həm də yeganə NATO dövlətidir ki, Rusiyadan zirehli texnika idxal edir.

1974-cü ilin iyulunda Kiprdə üç günlük müharibədən sonra bu iki ölkə arasında hərbi münaqişə olmayıb.

Yalnız 6 türk qırıcı təyyarəsi Yunanıstanın hava sərhədlərini pozarkən – 1996-cı il oktyabrın 8-də kiçik döyüş baş vermişdi.

Həmin vaxt Egey dənizi üzərində türklərin bir F-16 təyyarəsi vuruldu. Lakin hadisənin üstü tez ört-basdır edildiyindən dünya bu kiçik münaqişədən xəbər tutmadı.

Əlbəttə ki, iki ölkə arasında müharibənin olması ehtimalı çox azdır, amma bu ehtimal tamamilə istisna da edilmir. Sadəcə, məsələ burasındadır ki, Türkiyənin xarici düşmənləri çoxdur. Yunanıstan üçünsə yalnız bir xarici düşmən var - Türkiyə.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm