Ukraynalı döyüşçülər komandirlərə niyə yalvarırdılar?
Bizi izləyin

Dünya

Ukraynalı döyüşçülər komandirlərə niyə yalvarırdılar?

“Səhər bombardman zamanı Amvrosievsk ətrafında Ukrayna ordusunun 72-ci briqadasının tərkibindəki batalyonların 4 əsgəri həlak olub”.

Publika.az xəbər verir ki, bu haqda jurnalist Roman Boçkala öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, hakimiyyət baş verən faciələri ört-basdır etməyə çalışır: “Hərbi birləşmələrimiz qrad bombardmanına tutulur. 7.98 və 9-cu rotalarda olan əsgərlər üçün xüsusilə çətindi. Dörd əsgər ölüb. Onlardan üçü dərhal keçindi, dördüncünü qan apardı.

Artıq neçə gündür ki, bombardman davam edir. Döyüşçülər komandirlərə yalvarır ki, düşmənin zenit qurğularını məhv etmək üçün aviasiya çağırın. Komandirlərsə deyir: “Olmaz”. Təyyarələrin uçuşu baha başa gəlir.

Bilmirəm sonu necə olacaq. Pat vəziyyətindəyik. Ölənlərin ruhu şad olsun”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm