ABŞ-dan İsrailə 621 milyon dollarlıq hərbi yardım
Bizi izləyin

Dünya

ABŞ-dan İsrailə 621 milyon dollarlıq hərbi yardım

Son günlər Qəzza zolağında 200-dən çox günahsız fələstinlini öldürən İsrailə ABŞ tərəfindən hərbi dəstək məqsədi ilə 621 milyon dollar yardım ediləcək.

ANS PRESS-in məlumatına görə, ABŞ Konqresinin İsrailə hərbi yardımı nəzərdə tutan qanun lahiyəsində 621 milyon dollar vəsaitdən yəhudi dövlətinin müdafiəsinin gücləndirilməsi üçün istifadə olunması nəzərdə tutulub. Belə ki, bu vəsaitdən İsraildə dünyada analoqu olmayan qısa mənzilli raketlərdən müdafiə sistemi olan "Dəmir Qübbə"lərin təkmilləşdirilməsi başda olmaqla başqa hərbi məqsədlər üçün istifadə olunacaq.

ABŞ Senatının Təsisat Komitəsinin yanındakı Müdafiə Komissiyasında sözügedən qanun lahiyəsi qəbul olunub.

Qeyd edək ki, 1988-ci ildən İsrailə açıq hərbi dəstək verən ABŞ son günlər Qəzzada baş verən hadisələrin ardından yardımı daha da artırmağı qərara alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm