Dünya
Türkiyədə daha bir bayraq təxribatı
ürkiyədə daha bir dövlət bayrağının dirəkdən
endirmək cəhdinin qarşısı alınıb.
ANS PRESS-in məlumatına görə, Antalyada Cengiz
Önkol adlı 19 yaşlı gənc polis idarəsinin həyətinə girərək oradakı
bayrağı endirməyə cəhd edib. Lakin bunu görən polislərdən biri
təxribatın qarşısını alıb və həmin şəxsi ayağından
vurub.
Polis idarəsinin həyətinə girən Önkol əvvəlcə
ətrafa göz gəzdirdikdən sonra cəld bir şəkildə bayraq dirəyinə
dırmaşmağa çalışıb. Bunu görən mühafizəçi polis aşağı düşməsi
barədə xəbərdarlıq edib. Polis şifahi xəbərdarlıqdan sonra iki dəfə
havaya atəş açaraq, yenidən yerə düşməsini tələb edib. Lakin buna
da əhəmiyyət vermədiyini görüb və Önkolu sağ ayağından vuraraq
aşağı salıb.
Daha sonra polis tərəfindən çağırılan təcili
yardımla yaralı Antalya dövlət xəstəxanalarından birinə aparılıb.
Faktla bağlı genişmiqyaslı araşdırma aparan polislər, həmin şəxsin
bundan əvvəl bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu
açıqlayıb.
Xatırladaq ki, Türkiyədə bayrağı dirəkdən endirmək
halı ilk dəfə deyil. Birinci dəfə Diyarbəkirdə hərbi hissələrində
birində türk bayrağı endirilmişdi. Bu zaman Türkiyə ordusunun əsgər
və zabitləri bayrağı endirənlərin az yaşlı olduğunu nəzərə alaraq
lazımı addımlar atmamışdılar. Lakin ikinci dəfə yenə Antalya
yanacaq doldurma məntəqəsində baş vermişdi ki, həmin vaxt da
təxribatın qarşısı alınmışdı. Bu hadisə isə artıq üçüncü bayraq
təxribatıdır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR