Türkiyə Konsulluğu İŞİD-in qərargahı oldu
Bizi izləyin

Dünya

Türkiyə Konsulluğu İŞİD-in qərargahı oldu

Terrorçu qruplaşma tərfindən ələ keçirilən Türkiyənin Mosuldakı konsulluğunu İŞİD-in qərargah olaraq istifadə etdiyi iddia edilib.

Publika.az xəbər verir ki, “Al Monitor” saytında verilən xəbərə görə, İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının basqın edib ələ keçirdiyi və 49 türkü əsir götürdüyü Türkiyənin Mosuldakı Konsulluğunu qərargah olaraq istifadə edir.

Sayt Mosul valisi Əsil Əl-Nüceyfi ilə telefon danışığından sonra xəbəri təsdiqləyib. Xəbərə görə, İŞİD lideri Əbubəkir Əl-Bağdadi vaxtının çoxunu həmin konsulluqda keçirir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm