Malaziya təyyarəsini vuran 8 zabit öldürüldü
Bizi izləyin

Dünya

Malaziya təyyarəsini vuran 8 zabit öldürüldü

17 iyulda rusların Ukrayna səmasında vurduqları Malaziyanın Boeing 777 hava gəmisi barədə fərziyyələr və fikirlər yayılmaqda davam edir. Artıq dünyanın fövqəl dövlətlərinin rəsmiləri də təyyraənin Rusiya tərəfindən vurulduğunu söyləyiblər.
Bir çox ekspertlər isə təstiq edirlər ki, Malaziya sərnişin layneri peşəkar hərbçilər tərəfindən vurulb. Çünki 10000 metr yüksəklikdən uçan obyekti vurmaq üçün xususi texnikaya və xüsusi biliklərə malik olmaq lazımdır.
Hətta bir çox ekspertlər çox uzağa getməyərək, təyarənin Putinin göstərişi ilə vurulduğunu deməkdən belə çəkinmirlər. Və qeyd edirlər ki, Boeing 777 – vurulmasında cinayətkarların izini və öz gühahlarını gizlətmək üçün, Kerml gözlənilməz səhvlər buraxa-buraxa gedir.
Dünən axşam Ukraynanın Daxili İşlər Naziri qeyd edib ki, alınmış kəşfiyyat məlumatlarına görə, “Buk” raket qurğusunu terrorçular artıq Rusiyaya aparıblar. Bu gün Avromaydanda olan qrupun üzvlərindən biri İqor Stepanov deyib ki, təsdiq edilməyən xəbərlərə görə, bu işdə əli olan Rusiyanın Xüsusi Xidmət Orqanlarının 8 zabiti bu gün yox edilib, yəni öldürülüb. Onların izi-tozu yoxdur.
Həmin zabitlər “Buk” raket-zenit qurğusunu idarə edirdilər. Həmin qurğu ilə də Malaziyaya məxsus təyyarə vurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm