Meyitlər Ukraynanın şimalına aparılıb
Bizi izləyin

Dünya

Meyitlər Ukraynanın şimalına aparılıb

Ukraynada Malayziyaya məxsus təyyarənin Rusiyadan göndərilmiş zenit-raket kompleksi vasitəsi ilə vurulması barədə rəsmi Kiyev sübutlar ortaya qoyub. Torez şəhərinin küçələrindən birində “BUK-M” qurğusunun fotosu jurnalistlərə nümayiş etdirilib. Hazırda Ukrayna Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bölgəyə cəlb olunub.

ANS TV-nin məlumatına görə, həlak olan sərnişinlərdən 196 nəfərin meyiti təyyarənin qalıqları arasından çıxarılaraq soyuducu vaqonları olan yük qatarına yığılıb. Bu səhər separatçılar meyitlərin Mariupola aparılacağını bəyan etsələr də həlak olanların yığıldığı yük qatarı Ukraynanın şimal-şərqində yerləşən İlovayks qəsəbəsinə yola düşüb. Ukrayna rəsmilərinin məlumatına görə, qəza yerində çalışan xilasedicilər böyük təzyiq altında işləyir və aşkar etdikləri meyitləri rusiyayönümlü üsyançılara təhvil verməyə məcbur edilirlər. Bu səbəbdən də rəsmi Kiyev beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiq göstərməyi tələb edib.

Donetsk üzərində vurulan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurdu. Ona görə də bu gün qəzada 160 vətəndaşını itirən Hollandiya paytaxt Amsterdamda həlak olanların xatirəsini yad edib.

3 gün öncə Donetsk üzərindən keçərkən, Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin kim tərəfindən vurulması hələ ki, məlum deyil. Ukrayna Təhlükəsizlik Şurasının nümayəndəsi təyyarənin üsyançılar tərəfindən vurulması barədə ciddi sübutların olduğunu desə də faktlar hələ subuta yetirilməyib. Hadisə nəticəsində 85-i uşaq olmaqla 298 nəfər həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm