İsrailin qorxduğu başına gəldi
Bizi izləyin

Dünya

İsrailin qorxduğu başına gəldi

İsrailin başlatdığı Qəzza hərəkatına qarşı müqavimət göstərən Həmasa bağlı “İzəddin əl Qəssam” briqadasının əsgərləri qarşı tərəfə kamikadze hücumlarla cavab verməyə başlayıb.

ANS PRESS-in xəbərinə görə, kamikadzelərdən biri İsrailə aid tankı partladaraq onu istifadəyə yararsız hala salıb.

Məlumata görə, Qəzzanın şərqindəki Şucaiyyə məhəlləsinə girməyə çalışan tankın “Şuvaz-4” qurğusu ilə təchiz edilmiş fələstinli tərəfindən partladıldığı, hadisə zamanı kamikadzenin də öldüyü bildirilib.

“İzzəddin əl Qəssam” briqadası daha əvvəl yaydığı yazılı açıqlamada Qəzzanın Xan Yunus şəhərində 3, Şəcaiyyə məhəlləsində 1 olmaq üzrə 4 döyüş tankının məhv edildiyini bildirmişdi.

Xatırladaq ki, itkin düşən 3 yəhudi gəncin meyitinin tapılması və fələstinli gəncin yandırılaraq öldürülməsindən sonra bölgədə vəziyyət gərginləşmişdi. Bundan sonra İsrailin havadan, dənizdən və qurudan başlatdığı hərbi əməliyyatlar nəticəsində əksəriyyəti azyaşlı uşaqlar və dinc əhali olmaqla 370-nəfərə yaxın fələstinli ölmüş, yaralı sayının isə 2 685-ə çatdığı bildirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm