Separatçılar ukraynalı keşişləri diri-diri yandırıblar
Bizi izləyin

Dünya

Separatçılar ukraynalı keşişləri diri-diri yandırıblar

Ukraynada separatçılar tərəfindən oğurlanmış din xadimlərinin öldürülməsinin dəhşətli təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirinin mətbuat katibi Anton Geraşenko öz
“Facebook” səhifəsində yazıb.

O bildirib ki, Slavyansk ətrafında olan kilsələrin din xadimləri Ukrayna ordusunun əsgərlərinə hərtərəfli yardım edir, yedirdir, mənəvi dəstək olurdular. İyunun 8-də dini mərasim zamanı separatçılar kilsəyə soxularaq keşiş Aleksandr Povenko, onun iki oğlu – Albert və Ruvim Povenkoları, həmçinin daha iki din xadimini – Viktor Brodarski və Vladimir Veliçkonu oğurlayıblar.

Terrorçular əsirlərə məsus olan “Cevrolet Evanda”, ”Ford Transit”, “Land Rover Discovery”, ”Toyota Avensis” avtomobillərini də özləri ilə aparıblar.

Komandirləri İqor Qirkindən əmr alan separatçılar kilsə xadimlərinə dəhşətli işgəncə veriblər. Sonra əsirləri “Cevrolet Evanda” avtomobilinə doldurub yandırıblar. Məsələni elə ssenariləşdiriblər ki, guya, onların avtomobilinin üstünə ukraynalıların atdığı top mərmisi düşüb.

Yanmış meyitlər sonradan Slavyanskdakı uşaq xəstəxanasının ərazisində basdırılıblar.

Geraşenko ehtimal edir ki, protestant kilsəsinə mənsub olan mərhum din xadimlərini separatçılar Moskva patriarxının əmri ilə öldürüblər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm