“Hizbullah” İsrailə qarşı savaşda “Həmas”a dəstək verəcək
Bizi izləyin

Dünya

“Hizbullah” İsrailə qarşı savaşda “Həmas”a dəstək verəcək

“Hizbullah” lideri Həsən Nəsrulla “Həmas”ın siyasi rəhbəri Xalid Məşələ “sionist düşmənə” qarşı mübarizədə yardımçı olacaqlarını söyləyib.

Publika.az Livanın “The Daily Star” agentliyinə istinadən xəbər verir ki, Nəsrulla öz partiyasının Qəzzada baş verənlərə biganə qalmayacağını söyləyib.

İki lider arasında telefon danışığı zamanı Nəsrulla deyib: “Hizbullah və Livan Müqaviməti Fələstin xalqının mübarizəsini susqunluqla izləməyəcək. Beynəlxalq dəstəyi qoy Natanyahu axtarsın. Biz isə xalqın dəstəyinə arxayınıq”.

Livan şiələrinin liderinin fələstinlilərə konkret hansı dəstəyi verəcəyi açıqlanmır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm