Dünya
Baxçalıdan Gülən açıqlaması
MHP başqanı Dövlət Baxçalı Türkiyədə yüksək rütbəli
polislərin həbsi ilə başlanan qalmaqal barədə danışıb.
ANS PRESS-in məlumatına görə, Baxçalı Ərdoğan hakimiyyətini sərt
tənqid edərək bildirib ki, ordudan sonra polis sistemini də
ləkələməyə cəhd etmək Türkiyə üçün yaxşı perspektiv vəd etmir:
"Ərdoğan 17 dekabrda başlanan rüşvət əməliyyatını İsraili tənqid
etməklə əlaqələndirməyə çalışdı. Onun xarici siyasətdə
inandırıcılığı və möhtərəmliyi bitdiyindən yalnız duyğularla
oynamaqla zaman qazanmaqdadır. Yaşanan insanlıq faciələrinin
hamısında Ərdoğanın da barmaq izi var. Bu gün tolerantlıq
qalmayıb".
Daha sonra Fətullah Gülənə səslənən MHP başqanı onu Türkiyəyə
gəlməyə çağırıb: "Hörmətli Gülən bəy, Türkiyəyə gəlin. 12 illik AKP
iqtidarının 10 ilində baş verənləri açıqlayın. Görün, onda Ərdoğan
hara qaçacaq. Hakimiyyətə gəlsək, Ərdoğanın yeddi sülaləsindən
hesab soruşacağam".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR