CNN-in əməkdaşı Ukraynada oğurlandı
Bizi izləyin

Dünya

CNN-in əməkdaşı Ukraynada oğurlandı

Ukraynada jurnalist oğurlanıb.

ANS PRESS-in məlumatına görə, CNN-dən verilən açıqlamada bildirilir ki, telekanalın ukraynalı jurnalisti bu həftə rusiyapərəst yaraqlılar tərəfindən oğurlanıb.

Belə ki, müxbir Anton Skibanı Donetsk yaraqlıları oğurlayıb, ancaq CNN indiyə kimi onun oğurlanması barədə məlumat vermirdi və müxbirinin azad olunmasına çalışırdı. Bu, baş tutmayandan sonra CNN açıq şəkildə jurnalistin azad olunmasını tələb edib.

Qeyd edək ki, Skiba CNN-də ştatdankənar müxbir işləyir.

Nyu-Yorkda qərarlaşan jurnalistləri müdafiə komitəsinin məlumatına görə, Skiba həmin ərazidə oğurlanan ən azı 2 jurnalistdən biridir. Digər jurnalistlərdən xəbər yoxdur.

Komitə münaqişə tərəflərini tutulan bütün jurnalistləri dərhal azad etməyi tələb edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm