Dünya Bankı da Rusiyadan imtina edir
Bizi izləyin

Dünya

Dünya Bankı da Rusiyadan imtina edir

ABŞ və Kanada Dünya Bankının Rusiyada həyata keçirdiyi layihələrdən imtina ediblər.

Axar.az-ın “Qazeta.ru”ya istinadən xəbərinə görə, bu kampaniyaya Yaponiyanın və bankın Avropa donorlarının da qoşulması gözlənilir.

Qeyd edək ki, bunların nəticəsində Rusiya 1,34 miyard dollarlıq maliyyələşmədən kənarda qalır. Məlumdur ki, ABŞ və Kanada birlikdə Dünya Bankında 20 faiz söz sahibidir. ABŞ-ın keçmiş Maliyyə naziri Skot Morris vurğulayıb ki, bu iki dövlətin gücü Rusiyada həyata keçirilən layihələrin dondurulmasına kifayət edər.

Onun sözlərinə görə, əgər Yaponiya və Avropa ölkələri də eyni mövqe tutsa, Rusiya ilə bağlı layihələr bankın Direktorlar Şurasının müzakirəsinə belə çıxarılmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm