Ramzan Kadırova qarşı sanksiya
Bizi izləyin

Dünya

Ramzan Kadırova qarşı sanksiya

Avropa Birliyi Ukraynada baş verənlərlə bağlı Rusiya məmurlarına qarşı tətbiq etdiyi genişləndirilmiş sanksiyasını açıqlayıb.

Axar.az xəbər verir ki, siyahıda kifayət qədər məşhur simalar var.

Siyahıya daha 15 şəxs və 18 təşkilat daxil edilib. Avropa Birliyinin qara siyahısına düşənlər arasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici kəşfiyyat Xidmətinin rəhbəri Mixail Fredkovun da adları var.

Genişləndirilmiş sanksiyaya Çeçenistan rəhbəri Ramzan Kadırov, Krasnodar vilayətinin qubernatoru Aleksandr Tkaçyov, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, keçmiş Daxili İşlər naziri Rəşid Nurqaliyev, Dumanın keçmiş sədri Boris Qrızlov və digər şəxslər məruz qalıb.

Bundan başqa Ukraynada separatçı Donetsk və Luqansk respublikalarının liderləri də Qərbin sanksiyalarına məruz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm