Jirinovskinin homoseksuallığa meyilli görüntüləri - Video
Bizi izləyin

Dünya

Jirinovskinin homoseksuallığa meyilli görüntüləri - Video

Rusiyanın qalmaqallı siyasətçi Vladimir Jirinovskinin gənc oğlanlarla “Varşava hamamı”nda yeni görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, Rusiyanın dövlət televiziyası olan “Rossiya 24”də yayımlanan kadrlar tamaşaçılara şərhsiz təqdim edilib.

Qeyd edək ki, Ukraynanın aparıcı mediası da bu kadrlardan istifadə edərək, Jirinovskinin homoseksuallığa meyilli şəxs kimi xarakterizə etməyə cəhd göstərib və ciddi təbliğata başlayıb. Belə ki, 2012-ci ildə Jirinovskinin sosial şəbəkələrdə Moskva gey klublarından birini ziyarət etməsi və burada özünü çəkinmədən rahat şəkildə aparması ilə bağlı video da təbliğat materiallarına əlavə edilib.

Xatırladaq ki, bu video-materialların qara PR məqsədi ilə yayıldığı istisna deyil. Jirinovskinin Krım hadisələrində tutduğu mövqe və Ukraynadakı separatçıları dəstəkləməsi, hətta öz partiyasına aid avtomobili nümayişkaranə surətdə separatçılar üçün göndərməsi ukraynlarda onun barəsində mənfi rəy formalaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm