Dünya
Rusiya ABŞ-ı hədələdi
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyaya yönəlmiş yeni sanksiya qərarlarının Vaşinqton üçün "hiss olunacaq itkilərlə yol açacağını" bildirib.
Rusiya Xarici işlər nazirliyindən verilən yazılı şərhdə ABŞ
prezidenti Barak Obamanın Ukraynadakı məsələlərə görə, Rusiyaya
istiqamətli yeni sanksiyalara əl atması beləi qiymətləndirildi.
Şərhdə, “uzaqgörənlik siyasəti olmayan bu xəttin yol açacağı
itkilər Vaşinqton üçün olduqca hiss olacaq" deyilir.
ABŞ-ın sanksiyalarının qeyri-qanuni olduğunu diqqətə çəkən RF XİN
Ukraynada yaşananlardan Rusiyanın deyil, Kiyev rəhbərliyinin məsul
olduğunu irəli sürür.
Bundan əlavə XİN-nin məruzəsində Avropa Birliyi də (AB) eyni
dərəcədə tənqid olunur. AB-nin Vaşinqton sözüylə danışmasının
biyabırçı bir hal kimi qiymətləndirilir.
Şərhdə AB-nin siyasətinin Vaşinqtondan diktə edildiyi irəli
sürülərək, "Uzun zamandır öz təməl dəyərlərini gözardı edərək
Vaşinqtonun səsiylə danışması utandırıcıdır. Moskva AB-nin dünya
məsələlərində müstəqil rəy bildirə bilməməsindən məyusdur"
deyilir.
Şərhdə Rusiyanın da bundan sonraki əlaqələrdə sanksiyaları nəzərə
alacağı bildirilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR