Ukrayna 500 rus incəsənət xadimini qara siyahıya salır
Bizi izləyin

Dünya

Ukrayna 500 rus incəsənət xadimini qara siyahıya salır

Ukraynanın parçalanması və Krım bölgəsindəki hadisələri dəstəkləyən Rusiyanın 500 incəsənət xadiminə ölkəyə girmək yasaqlanacaq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Xarici İşlər Nazirinin müşaviri Anton Qeraşenko çıxış edib.

O, rusiyalı sənət adamlarının Ukraynada konsert verməyin əleyhinə olduğunu bildirib:

“Biz Krımın işğalını dəstəkləyən 500 rusiyalı incəsənət xadiminin Ukraynaya girişini qadağan edən siyahı hazırlayırıq. Mən bu addımı düzgün hesab edirəm. Biz gərək onlara Ukraynadakı konsert və çıxışlardan pul qazanmağa imkan verməyək. Qoy, gedib Krımda boş çimərlikdə qağayılar qarşısında konsert versinlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm