Dünya
NATO-Rusiya qarşıdurmasından qazanan Bakı olacaq
“Rusiya-NATO əməkdaşlığının dayandırılmasından Rusiya deyil,
ittifaqın özü itirəcək”.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi
məlumata görə, bu sözləri Rusiya Dövlət Duması beynəlxalq işlər
üzrə komitənin sədri Aleksey Puşkov NATO baş katibi Anders Foq
Rasmussenin bəyanatını şərh edərkən deyib.
Qeyd edək ki, NATO baş katibi hərbi alyansın bütün sahələrdə
Rusiya ilə əməkdaşlığı dayandırdığını bildirib. NATO baş katibi
bunun əvəzində isə Ukrayna ilə əməkdaşlığı genişləndirəcəyini dilə
gətirib.
A.Puşkov xatırladıb ki, NATO Əfqanıstandan çıxarılacaq hərbi heyət,
silahlar və hərbi texnikanın Rusiya ərazisi vasitəsilə gələcək
daşınmasında maraqlıdır:
“Qoşunların Əfqanıstandan 2014-cü ilin dekabrından sonra
çıxarılması nəzərdə tutulub. İki il əvvəl isə Ulyanovsk rayonun
yükboşaltma məntəqəsi kimi istifadəsi barədə razılıq əldə olunub.
Düşünürəm ki, bu olmaya bilər. Nəticədə yalnız biz deyil, NATO da
uduzacaq.Onlar hərbi texnika və silahın böyük hissəsini tullamalı
olacaq, hərbi heyət isə başqa ölkələr vasitəsilə
daşınacaq”.
O, həmçinin qeyd edib ki, NATO hərbçilərini dağlıq aşırımlar və
vadilərdə taliblər gözləyəcək. Xatırladaq ki, Rusiya ilə yanaşı,
Azərbaycan da Əfqanıstandan çıxarılan NATO hərbi kontingentinin
daşınma marşrutu hesab olunur. Rusiya-NATO əməkdaşlığının
dayandırılması fonunda isə Azərbaycanın NATO üçün əhəmiyyəti arta
bilər.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu