Dünya
Maydanda iğtişaşlar davam edir
Kiyevdə Avromaydan tərəfdarları iğtişaşlar
törədib.
ANS TV-nin məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdə Avromaydan
tərəfdarları meydanı tərk etməkdən imtina ediblər. Onların arasında
2013-cü ilin sonu, 2014-cü ilin əvvəllərində Maydanda barrikadalar
quran fəallar da var.
Maydan hərəkatının fəalının sözlərinə görə, Kiyev rəhbərliyi
insanlarla danışmaq istəmir və hər şey əvvəlki kimi davam edir.
Kommunal işçiləri gün ərzində barrikadaların bir çoxunu
yığışdırmağa nail olsalar da, bəzi çadırlar hələ də Maydandadır.
Vaxtilə sabiq prezident Viktor Yanukoviçə qarşı Maydan hərəkatının
lideri olan Kiyev meri Vitali Kliçko şəhərdə asayişin bərpa
edilməsi üçün etirazçılarla danışıqlar aparmağa çalışdığını
deyib.
Etirazçılar bütün Ukraynada sabitlik bərpa edilməyənədək Maydanı
tərk etməyəcəklərini bəyan ediblər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu