Dünya
İŞİD-dən Türkiyəyə təhdid: “İstanbulu vurarıq”
İraq və Suriyada geniş əraziləri ələ keçirən İraq və Şam İslam
Dövləti (İŞİD) Türkiyəni də təhdid edib.
ANS PRESS-in məlumatına görə, Suriyanın Fırat çayı sahilindəki
Rakka şəhərini nəzarət altında tutan İŞİD, news.vice.com saytında
nümayiş olunan bir sənədli filmdə bir İŞİD rəsmisi Türkiyə hökuməti
Atatürk anbarını açmasa, İstanbula hücum edəcəklərini deyir.
Rakkada çəkilən 5 hissəlik İŞİD-in sənədli filminin dünən nümayiş
olunan ikinci hissəsinin 3-cü dəqiqəsindən etibarən Türkiyə ilə
əlaqədar bölüm başlayır. Fırat çayı üzərindəki Atatürk anbarında su
tutulması səbəbiylə bölgənin su çətinliyi çəkdiyini bildirilən
sənədli filmdə bir nəfər Türkiyə hökumətinə səslənərək "Dindən
dönmüş hökumət (Türkiyəni nəzərdə tutur) qərarlarını nəzərdən
keçirsin, deyə dua edirəm. Əgər nəzərdən keçirməzsə, İstanbulu ələ
keçirəcəyik" deyir.
İŞİD rəsmisi "Bu, bir təhdidmi?" sualına "Bəli, açıq bir təhdiddir"
deyə cavab verir. O, "İnşallah əgər onlar anbarı açmazlarsa, biz
onu İstanbuldan açarıq" deyə davam edir.
Sənədli filmdə, həmçinin təşkilatın kiçik uşaqları cihad üçün necə
öyrətdiyi görülür. Görüntilərdə 7-8 yaşlarındakı Belçikalı olduğu
bildirilən uşağa "Cihadçımı olmaq istəyirsən, yoxsa bir intihar
hücumumu təşkil etmək istəyirsən?" sualı yönəldilir. Uşaq isə
Avropadakılar da daxil olmaqla "bütün kafirləri" öldürəcəyini
söyləyir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu