Dünya
ABŞ İŞİD-i məhv edəcək
ABŞ-ın hərbi təyyarələri İraqın bir neçə bölgəsində İŞİD
qruplaşmasının mövqelərinə növbəti hava zərbələri
endirib.
ANS TV-nin məlumatına görə, İraqda Birləşmiş Ştatlar hərbi hava
qüvvələrinin özlərini “İraq Şam İslam Dövləti” elan edən qruplaşma
üzvlərinin mövqelərinə endirdiyi aviazərbələr kifayət qədər təsirli
olub.
Radikal dini qruplaşmaya qarşı mübarizə aparan Peşmərgə kimi
tanınan kürd hərbi qüvvələrinin komandiri bu barədə açıqlama verib.
General Əhməd bildirib ki, silahlılar aviazərbələr zamanı itkilər
veriblər.
Birləşmiş Ştatlar prezidenti Barak Obama İraqdakı vəziyyəti şərh
edərkən deyib ki, İŞİD silahlılarına qarşı mübarizə aparmaq müəyyən
qədər vaxt alacaq. Obama hazırkı hərbi müdaxilənin nə qədər
çəkəcəyi barədə isə heç bir açıqlama verməyib.
ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, Amerikalı
diplomatları və hərbçi heyətini qorumaq üçün bu müdaxilə vacib idi:
“Eyni zamanda, kürd qüvvələri də şəhəri qorumağa davam edir.
Amerika və İraq orduları kürd qüvvələrinə dəstək verəcək”.
Bir qədər əvvəl Ağ Ev rəhbərliyi İŞİD silahlıları kürd muxtar
regionunun paytaxtı Ərbilə hücum edəcəkləri təqdirdə silahlılara
qarşı fəal hərbi müdaxilə edəcəyi barədə xəbərdarlıq etmişdi.
Amerika hərbi təyyarələri digər tərəfdən İŞİD-in törətdiyi
zorakılıqlardan yaxa qurtarmağa çalışan əhalini ötən gün də
humanitar yardımla təmin etməyə çalışıb. Həmçinin, Böyük Britaniya
və Fransa da humanitar yardımın çatdırılması prosesinə dəstək
verəcəyini bildirib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR