Obama Ərdoğana zəng edəcəkmi?
Bizi izləyin

Dünya

Obama Ərdoğana zəng edəcəkmi?

Türkiyə avqustun 10-da ilk dəfə olaraq səsvermə yolu ilə 12-ci prezidentini seçdi.

ANS PRESS-in məlumatına görə, Türkiyədə keçirilən prezident seçkisində 51.95 faiz səslə prezidentlik postunu qazanan Rəcəb Tayyib Ərdoğanı bir sıra dövlət başçıları təbrik etməkdədir.

ABŞ prezidenti Barak Obamadan da açıqlama (və ya təbrik ismarışı) gözlənildiyi bir vaxtda, Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Keytlin Heyden Türkiyədə keçirilən prezident seçkisi ilə bağlı bunları bildirib:

“Türkiyənin prezident seçkisi ilə bağlı elan edilən nəticələri gördük. Prezident Obama Ərdoğan ilə yeni vəzifəsində və baş nazir olaraq onun yerinə kim gələcəksə, onunla əlaqələri davam etdirməyi arzu edir. Prezident Obamanın yaxın günlərdə Ərdoğan ilə telefon danışığının olması gözlənilir.”

Qeyd edək ki, Türkiyə Cümhuriyyəti prezidentinin ilk dəfə xalq tərəfindən seçildiyi seçki marafonunda 3 namizəd iştirak edirdi. Avqustun 10-da səhər saatlarından başlayan səsvermə yerli vaxtla saat 17:00-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm