Belarus və Qazaxıstandan Putinə növbəti zərbə
Bizi izləyin

Dünya

Belarus və Qazaxıstandan Putinə növbəti zərbə

Belarus Rusiyanın Qərb ölkələrinə qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləməyəcək.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Xatırladaq ki, Rusiya bir neçə gün bundan əvvəl ölkəsinə qarşı sanksiyalar tətbiq edən ölkələrdən ərzaq və kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Belarus prezidenti “Bizə Polşa almaları lazımdır. Biz Rusiya üçün deyil, daxili bazar üçün alırıq” deməklə Avrasiya İttifaqında strateji partnyoru olan Rusiyanı məyus edib.

Rusiyanın Avrasiya İttifaqında ikinci partnyoru Qazaxıstan da bu məsələdə Belarusun mövqeyini dəstəkləyir. Bu barədə V.Putinlə prezidenti Nursultan Nazarbayevin telefon söhbətindən sonra Nazarbayevin mətbuat xidməti bildirib: “Bu, Rusiyanın birtərəfli addımıdır. Qərar Avrasiya İttifaqının digər üzvlərinin sanksiyalara qoşulmasını nəzərdə tutmur”.

Belarus və Qazaxıstan artıq Rusiyanın Ukrayna məsələsində atdığı müdafiə tədbirlərini dəstəkləməkdən imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm