Vəhhabi dərsi: Baş kəsərkən necə zövq almaq olar? – VİDEO
Bizi izləyin

Dünya

Vəhhabi dərsi: Baş kəsərkən necə zövq almaq olar? – VİDEO

Demək olar ki, hər gün təkfirçi sələfi terrorçuların vəhşi qətliamlarının videoları ilə rastlaşırıq. Lakin bu dəfə təqdim etdiyimiz video daha çox dəhşətə salır.

Publika.az xəbər verir ki, yayımlanan videoda təkfirçi sələfi şeyxi müridlərinə baş kəsərək necə zövq almağın və xəncər, ya qılıncla necə davranmağın incəliklərindən danışır.

Bu vəhhabi şeyxi necə baş kəsiləcəyindən bəhs edərkən Qurana istinad edir.

Sələfi şeyxi utanmadan sözlərinə belə “aydınlıq gətirir”: “İnsan başı kəsməklə qoyun başı kəsmək arasında fərq var. İnsanların başını qoyun başı kəsər kimi kəsilməsinə icazə verməyin. Həmçinin insanların başı kəsilərkən mütləq şiddətlə və zövq alaraq kəsməliyik. Xəncər və ya qılıncı da yaxşı istifadə eləməliyik!”

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm