İran Əl-Malikini dəstəkləmədi
Bizi izləyin

Dünya

İran Əl-Malikini dəstəkləmədi

İraq baş naziri Nuri Əl-Malikinin ən böyük dəstəkçilərindən sayılan İran bu vəzifəyə Heydər Əl Abadinin namizədliyini dəstəklədiyini ifadə edib.

Publika.az-ın məlumatına görə, İran Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şemhani İraqda yeni hökumət qurmaq vəzifəsinin Milli Şiə İttifaqının namizədi Heydər Əl Abadiyə tapşırılmasını məmnuniyyətlə qarşılayıb.

İraq Konstitusiyasının baş nazirin parlamentdəki əksəriyyət tərəfindən seçilməsini nəzərdə tutduğunu ifadə edən Şemhani bu ölkədə yeni baş nazir seçilməsinin qanuni olduğunu və İranın bu prosesə dəstək verdiyini qeyd edib.

Şemhani İraqdakı mövcud vəziyyətin həssas olduğunu söyləyərək bu ölkədəki bütün siyasi qrupları birliyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm