Səfirlikdən bəyanat
Bizi izləyin

Dünya

Səfirlikdən bəyanat

Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi “Azərbaycan silahlı qüvvələri provokasiyalara məruz qaldı” başlıqlı bəyanat yayıb.

Publika.az-ın məlumatına görə, cari ilin 1 avqust tarixindən etibarən Almaniya mətbuatında Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin intensiv pozulması ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsinə dair gündəlik məlumatlar dərc olunur. Mətbuatın diqqətini nəzərə alaraq Azərbaycanın Almaniyadakı səfirliyi “Azərbaycan silahlı qüvvələri provokasiyalara məruz qaldı” başlıqlı bəyanat yayıb. Bəyanatda cəbhə bölgəsində baş verən hadisələrə dair XİN-in Mətbuat Xidmətinin yaydığı məlumata istinad edilib və XİN-in internet səhifəsindən həmin məlumatın linki verilib.

Bəyanatın sonunda Dağlıq Qarabağ bölgəsi və münaqişəsi haqqında qısa arayış verilir.



Qeyd edək ki, son günlər Leyla Yunusova və Arif Yunusovun həbsinə Almaniya mətbuatı xüsusi diqqət yetirilir, bununla bağlı Almaniya hökumətinin insan hüquqları və humanitar yardım üzrə xüsusi nümayəndəsi Kristof Ştresser bəyanat da yayıb.

Bu ölkənin mətbuatında gedən əksər məlumatların birtərəfli və qeyri-obyektiv olduğunu nəzərə alaraq, Azərbaycanın Almaniyadakı səfirliyi avqustun 12-də bəyanat yayıb. Bəyanat rəsmi məlumatlar əsasında hazırlanıb.

Bəyanatda Leyla Yunusova və Arif Yunusovun təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasının hüquqi əsaslandırılması yer alıb. Səfirlik hər iki şəxsin özlərini qanunvericilikdən yuxarı hesab edərək, onlara qarşı qüvvədə olan qanunvericilikdə nəzərdə tutulduğundan fərqli yanaşma tələb etmələri və hüquqi prosesə siyasi bəyanatlarla təsir etməyə çalışdıqları vurğulanıb.

Bəyanatda, həmçinin ibtidai istintaq prosesinin Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə getdiyi diqqətə çatdırılıb. Yayılmış sənəddə istintaq prosesini siyasiləşdirmək cəhdlərinin hüquqi məsuliyyətə cəlb edilmənin qarşısını ala bilməyəcəyi də bildirilib.

AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm