Gülənə 300 xüsusi təyinatlı – 300 pensilvaniyalı
Bizi izləyin

Dünya

Gülənə 300 xüsusi təyinatlı – 300 pensilvaniyalı

FTB artıq Pensilvaniyada yaşamağına şərait yaratdığı Fətullah Gülənə dəstəyini kəsməyə başlayıb. Gülənin susdurulmasından qorxan tərəfdarları hərəkətə keçib. Belə ki, keçmiş polislərin də olduğu bir komanda ABŞ-a göndərilib. Beləliklə, Fətullahın xüsusi mühafizəçisinin sayı 120-dən 300-ə yüksəlib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, 1999-cu ildə FTB-çilərin və ABŞ-ın Ankaradakı keçmiş səfirinin referans məktubu ilə ABŞ-a qaçan Fətullah Gülənin bu ölkədəki səltənəti artıq laxlayır. FTB-nin verdiyi əmrlərlə tərəfdarlarını yönləndirib, bir çox ölkələrdə dövlət idarəçiliyinə sızmağa çalışdığı iddia edilən Gülən deşifrə olduqdan sonra sürətlə gücünü itirməkdədir. Gülən nəzarətində keçirilən 17 və 25 dekabr əməliyyatları uğursuzluqla nəticələndiyi üçün o, ABŞ-dakı dəstəyindən məhrum olub. Nəticədə, Yeni Zelandiya və ya Kanada kimi İngiltərənin nəzarətindəki bir ölkəyə qaçacağı deyilirdi. ABŞ-dan gələn xəbərlərə görə, Türkiyənin ekstradisiya tələbindən sonra FTB də yavaş-yavaş Güləndən əlini üzür.

Xüsusi mühafizə komandası

ABŞ-ı tərk etməmişdən qabaq Gülənin susdurulması ehtimalı təşvişə səbəb olub. Gülənin malikanəsində həyəcan təbili çalınır. Xocanı qoruyan mühafizəçilərin sayı 120-dən 300-dək yüksəlib. ABŞ-dan çıxarılana qədər başına bir iş gəlməməsi üçün aralarında keçmiş polislərin də olduğu xüsusi komanda Türkiyədən ABŞ-a getdiyi iddia edilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm