AB İŞİD üçün Türkiyənin qapısını döyür
Bizi izləyin

Dünya

AB İŞİD üçün Türkiyənin qapısını döyür

Avropa Birliyi (AB) “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı dəstək qrupu yaratmaq istəyir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə yüksək rütbəli bir AB səlahiyyətlisi bildirib.

Dəstək qrupunun yaradılması bu gün AB xarici işlər nazirlərinin Brüseldə keçiriləcək təcili toplantısında müzakirə olunacaq. AB səlahiyyətlisi yaradılacaq dəstək qrupunda Türkiyə, Səudiyyə Ərəbistanı, Körfəz ölkələri, İordaniya, Livan və İranın yer ala biləcəyini dilə gətirib.

ABŞ ordusunun İŞİD-ə qarşı hava hücumları isə davam edir. ABŞ Mərkəzi Qüvvələr Komandirliyindən (CENTCOM) verilən açıqlamada son hava hücumlarında İŞİD-ə məxsus 4 zirehli texnikanın hədəf alındığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm