Ukraynalılar Krım tatarlarını ruslarla müharibəyə çağırdı
Bizi izləyin

Dünya

Ukraynalılar Krım tatarlarını ruslarla müharibəyə çağırdı

Krımda tatarları Rusiyaya qarşı mübarizəyə çağıran təbliğat vərəqələri peyda olub.

Publika.az kp.ru saytına istinadən xəbər verir ki, vərəqələr əsasən Simferopol şəhərinin küçələrindəki divarlara yapışdırılıb.

Onların da “Krım batalyonuna daxil olun”, “Ukraynanın hərbi komissarlıqlarına gəlin” kimi sözlər yazılıb.

Krımda fəaliyyət göstərən “Milli firqə” adlı ictimai təşkilatın sədri Ənvən Kantemir Ömərov hesab edir ki, vərəqələr təxribat xarakterlidir: “Belə vərəqələri bütün tatar kəndlərində yayırlar. Ukraynalılar tatarları müharibəyə səsləyərək yarımadanı geri almağı tələb edirlər. Buna cavab olaraq bildiririk ki, Krım Rusiyanın tərkibinə səsvermə yolu ilə keçib. Xalq səs verib. Krım tatarları bu birləşmənin tərəfdarı olub. Bu haqda ABŞ prezidenti Barak Obamaya, BMT baş katibi Pan Ki Muna məktub ünvanlayacağıq”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm