Ölən yeniyetmə oğurluq edibmiş (VİDEO)
Bizi izləyin

Dünya

Ölən yeniyetmə oğurluq edibmiş (VİDEO)

ABŞ-ın Missuri ştatının Ferqüson şəhərində irqçilik zəminində zorakılığa qarşı etiraz aksiyaları davam edir.

ANS TV-nin məlumatına görə, ötən həftənin şənbə günü Maykl Braun adlı qaradərili yeniyetmənin ağdərili polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlar artıq 6-cı gününə qədəm qoyub.

Sent-Luis bölgəsinə toplaşan etirazçılar qaradərili yeniyetməni öldürən şəxsin lazımınca cəzalandırılmasını tələb edirlər. Həmin polis əməkdaşının şəxsiyyəti də dünən müəyyənləşdirilib.

Ferqüson polisi həmçinin yeniyetmənin öldürülməsinə səbəb olan oğurluq hadisəsinin təhlükəsizlik kamerasına düşən görüntülərini yayıb. Məlum olub ki, yeniyetmə mağazadan 49 dollar dəyərində siqaret qutusunu oğurlayarkən yaxalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm