Poroşenko Merkeli Ukraynaya dəvət etdi
Bizi izləyin

Dünya

Poroşenko Merkeli Ukraynaya dəvət etdi

Ukrayna prezidenti Pyotr Poroşenko Almaniya kansleri Angela Merkeli ümumi maraqları əhatə edən məsələləri müzakirə etmək üçün ölkəyə rəsmi səfərə dəvət edib.

Axar.az xəbər verir ki, prezident bu təklifi iki ölkə lideri arasında baş tutan telefon danışığı zamanı edib.

Danışıq zamanı tərəflər Donbasda vəziyyətin sülh yolu ilə həll olunmasını müzakirə ediblər. Poroşenko Almaniyanın Ukraynaya verdiyi dəstəyə görə Merkelə təşəkkür edib.

Ukrayna prezidenti ümid edib ki, Avropa Birliyinin liderləri qurumun avqustun 30-da keçiriləcəyi iclasında ölkədə baş verənlərə xüsusi diqqət yetirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm