İŞİD İraqda uduzur
Bizi izləyin

Dünya

İŞİD İraqda uduzur

İraq və Şam İslam Dövləti qruplaşması İraqda möbqelərini sürətlə itirməkdə davam edir.

ANS PRESS-in məlumatına görə, kürd yaraqlıları Mosul bəndi ərazisində yerləşən iki yaşayış məntəqəsini İŞİD-dən geri alıb.

Keçirilən hərbi əməliyyatda peşmərgəyə ABŞ Hərbi Hava Qüvvələri də dəstək verib.

Hazırda kürd qoşun dəstələri Mosuldan qərbə doğru Zumər şəhərinə irəliləyirlər.

Məlumata görə, İraq silahlı qüvvələri tezliklə Mosula hücuma keçməyi planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm