• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Luqanska Ukrayna bayrağı sancıldı

  • Dünya
  • 18 Avqust 2014 20:09
  • 492 Baxış
Luqanska Ukrayna bayrağı sancıldı

Ukrayna Silahlı Qüvvələr Luqanskın bir hissəsini terrorçulardan azad edib.

Avqustun 18-də səhər saatlarında başlayan genişmiqyaslı əməliyyatlar nəticəsində Ukrayna ordusunun terrorla mübarizə qüvvələri şəhərin bir hissəsini, eləcə də rayon milis idarəsi yerləşən ərazini separatçılardan təmizləyib.

Luqanska girən Ukrayna tankları şəhərə nəzarəti bərpa edib, əsgərlər hökumət idarələrinin üzərinə Ukrayna bayrağı sancıblar. Əməliyyatla bağlı mediaya alıqlama verən silahlı qüvvələrin sözçüsü Andrey Lısenkop deyib ki, şəhərin bir hissəsini geri qaytaran Ukrayna qüvvələri Luqanskı tamamilə terrorçulardan təmizləmək üçün yeni əməliyyata hazırlaşır.

Yada salaq ki, artıq 16-cı gündür Luqansk faktiki olaraq döyüş meydanına dönüb. Hər gün tərəflər arasında şiddətli atışmalar gedir. Çox sayda insanın həlak olduğu bəlli olsa da heç bir tərəf qurbanlarla bağlı say açıqlamır. Lısenkonun sözlərinə görə, Ukrayna ordusu Luqanskı mühasirəyə alıb. Terrorçuların şəhərin hansı məntəqəsində olduğu dəqiqləşdirilir, əməliyyatlar həmin istiqamətdə davam etdirilir.

Bu arada Gömrük Birliyinin rəhbərləri Ukrayna prezidenti Petro Poroşenko ilə görüşə hazır olduqlarını bildiriblər. Bu haqda Kiyevdə keçirdiyi brifinqdə Belorus Respublikasının Ukrayna böyükelçisi Valentin Veliçko məlumat verib: “Vladimir Putin, Nursultan Nazarbayev, Aleksandr Lukaşenko Ukrayna prezidenti Petro Poroşenko ilə Gömrük Birliyi məsələsini müzakirə etməyə hazır olduqlarını bildirib və biz bu haqda Ukrayna prezidentini məlumatlandırmışıq. Hələlik görüşün yeri, formatı və tarixi dəqiqləşdirilməyib. Ola bilər ki, görüş ABŞ-da, ya da Avropa ölkələrindən birində baş tutsun. Görüşün yeri və zamanı dəqiqləşdiriləndən sonra müzakirəyə çıxarılacaq məsələlərlə bağlı daha geniş informasiya veriləcək”.

Yada salaq ki, belə bir görüş təşəbbüsünü Avropa Komissiyasının sədri Joze Manuel Barroza irəli sürüb. Barroza Putinlə telefon danışığında Kiyev Moskva və Brüssel arasında üçtərəfli danışıqlar başlanması haqqında razılıq əldə edib.

Ukrayna sərhədçiləri isə Rusiyanın humanitar yardım adı ilə Ukraynaya növbəti silah keçirmək cəhdinin qarşısını alıb. Ukrayna kəşfiyyatının məlumatı əsasında sərhəd qapılarını humanitar yardıma bağlayan sərhədçilər Rusiyadan humanitar yardımın tərkibi haqqında sənəd istəyib, yüklərin yoxlanmadan ölkə ərazisinə buraxılmayacağını bildiriblər. Rusiya tərəf Ukrayna sərhəd xidmətinə heç bir sənəd təqdim etməyib.

Bununla belə, Rusiya Ukraynaya humanitar yardım adı altında silah keçirmək cəhdlərini davam etdirib. Avqustun 18-də “Donetsk Xalq Respublikası”nın sözçüləri elan edib ki, sərhədə nəzarət etdikləri məntəqələr “humanitar yardım” alıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR