Dünya
Luqansk hücumlarında tərəflər biri-birini günahlandırır
Ukrayna ordusu bildirir ki, rusiyapərəst separatçılar
tərəfindən hücum olunan avtobusdan 17 cəsəd çıxarılıb.
ANS PRESS-in "Amerikanın Səsi"nə istinadən məlumatına görə, ordu
sözçüsü Andriy Lisenko bildirib ki, daha çox cəsədin çıxarılma
cəhdləri bölgədə gedən döyüşlər səbəbi ilə təxirə salınıb.
Kiyev rəsmiləri uşaqlar da daxil olmaqla, onlarla insanın
döyüşlərin getdiyi Luqansk şəhərindən qaçarkən Rusiya istehsalı
minomyotlardan və raketlərdən atəşə tutulduğunu bildirib.
Separatçıların lideri ittihamları rədd və bunun Ukrayna qüvvələri
tərəfindən törədildiyini iddia edir.
ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf hücumu pisləyərək,
ərazidən qaçmaq istəyən günahsız sakinlərin döyüşlərin qurbanı
olduğunu deyib. Xanım Harf bildirib ki, ABŞ kimin məsuliyyət
daşıdığını müəyyən edə bilməyib.
Luqansk şəhəri son həftələr separatislər və Ukrayna qüvvələri
arasında qızğın döyüşlərin getdiyi bölgədir.
Bu arada, Avropa İttifaqı, Ukrayna və Rusiya liderlərinin avqustun
26-da Belarusun paytaxtı Minskdə görüşü planlaşdırılır.
Müzakirələr zamanı Ukrayna münaqişəsi və enerji təhlükəsizliyi
gündəmə gətiriləcək. Bu haqda açıqlamanı Ukrayna prezidenti Petro
Poroşenko verib. Görüşdə Gömrük İttifaqına üzv olan Qazaxıstan və
Belarusun liderləri də iştirak etməlidir.
Kreml Rusiya prezidenti Vladimir Putinin də müzakirələrə qatıla
biləcəyini bildirib. Avropa İttifaqının nümayəndə heyətinə qurumun
xarici əlaqələr şöbəsinin rəhbəri Ketrin Eşton sədrlik edəcək.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu