Dünya
İŞİD amerikalı jurnalistin başını kəsdi (FOTO)
İŞİD üzvləri iki il əvvəl Suriyada qaçırılan amerikalı
jurnalist Ceyms Foleyin başının kəsilərək öldürüldüyünü göstərən
bir video yayımlayıblar.
ANS PRESS-in məlumatına görə, "Amerikaya mesaj" başlıqlı video
sosial şəbəkədə nümayiş olunub. Videonun həqiqi olub-olmadığını
hələ müstəqil mənbələr təsdiqləmirlər. Videoda Ceyms Foley olduğu
deyilən bir adam maskalı İŞİD-çi tərəfindən tutularkən görülür.
İngilis ləhcəsi ilə danışan İŞİD-çi Foleyin ölümünün ABŞ-ın
İraqdakı İŞİD mövqelərinə təşkil etdiyi hava hücumlarının birbaşa
nəticəsi olduğunu söyləyir.
Qeyd edək ki, beş ildir Yaxın Şərqdə çalışan Ceyms Foley 22 Noyabr
2012-ci ildə şəxsiyyəti naməlum silahlı şəxslər tərəfindən Suriyada
qaçırılıb.
Foleyin olması üçün aliəsi tərəfindən açılan “Twitter” hesabında,
"Hamınızın təsdiqləmə və cavablar axtardığınızı bilirik. Lütfən biz
də bütün məlumatları alana qədər səbirli olun və Foley üçün dua
edin" deyildi.
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO