Dünya
İtaliya mətbuatı Naxçıvan görüşündən yazdı
İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilmiş üçtərəfli görüşü ilə bağlı yazı dərc olunub.
Yazıda qeyd olunur ki, görüşdə birgə təlimlərin keçirilməsinə,
seminar və konfransların təşkilinə və hərbi hazırlıq sahəsində
əməkdaşlığa dair razılığa gəlinib.
Müəllif vurğulayır ki, bu cür görüşlərin gələcəkdə də mütəmadi
olaraq keçirilməsi qərara alınıb. Bundan başqa, Cənubi Qafqazda
sülhün, sabitliyin və davamlı inkişafın təmin edilməsi üçün lazımi
addımların atılması məsələsində razılıq əldə olunub.
Yazıda Cənubi Qafqazda sabitliyə ən böyük təhlükə olan Dağlıq
Qarabağ münaqişəsi barədə də məlumat verilir. Diqqətə çatdırılır
ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu
20 ildən artıqdır ki, Ermənistan silahlı qüvvələrinin işğalı
altındadır. BMT Təhlükəsizlik Şurası işğalçı qoşunların Azərbaycan
ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnamə qəbul
etsə də, Ermənistan bu sənədlərdə əks olunan tələblərə məhəl
qoymur.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi