Dünya
Krım tatarlarının kütləvi qırğın planı hazırlanır
Rus işğalçıları Ukraynaya hücumdan əvvəl Krımda öldürülməli, oğurlanmalı insanların, ilk növbədə, 5-ci kolon hesab etdikləri Krım tatarlarının siyahısını hazırlayırlar. Kreml bu məqsədlə yarımadaya çeçen və dağıstanlılardan ibarət muzdlu qatillər göndərib.
Axar.az xəbər verir ki, bunu Krım tatarlarının lideri Mustafa Cəmilov verdiyi açıqlamasında deyib.
“Bizdə məlumatlar var ki, Ukraynaya qarşı hücumdan əvvəl ruslar Krım ərazisindəki 5-ci kolonu məhv etməlidirlər. 5-ci kolonu da onlar Krım tatarlarını adlandırırlar. Öldürülməli və oğurlanmalı şəxslərin siyahısı hazırlanır. Bunun üçün Krıma çeçen və dağıstanlılar gətirilib. Düzdür, onlar tatarlarla döyüşmək istəməsələr də, ruslar onları buna məcbur edir. Onlar bizə deyir ki, bizi başa düşür və bizim haqq işimizi görürlər, lakin burdan gedə bilmirlər. Çünki onların ailəsi Kadırovun girovudur. Ona görə də, əgər nəsə başlasa, onlar deyilənləri etmək məcburiyyətindədirlər”, - Cəmilov bildirib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu