Liviyada ara qarışdı: hava limanı işğal olundu
Bizi izləyin

Dünya

Liviyada ara qarışdı: hava limanı işğal olundu

Liviyanın Tripoli Hava limanı “Fəcr-i Liviya qüvvələri” tərəfindən ələ keçirilib.

Axar.az xəbər verir ki, Liviya ordusuna bağlı Mərkəz Qalxan qüvvələrinin sözçüsü Əhməd Hədiyyənin verdiyi məlumata görə, inqilabçılar “Fəcr-i Liviya qüvvələri” adı altında birləşərək hava limanına hücum edib. Liman yaxınlığındakı strateji “Ən-Naqliyyə” düşərgəsi də inqilabçıların nəzarətindədir.

Xatırladaq ki, “Fəcr-i Liviya qüvvələri” ötən aydan bəri hava limanını nəzarətə götürmək üçün mərkəzi Zintada yerləşən Əl-Kaka və Əs-Səvaiq qrupları ilə mübarizə aparırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm