Ukrayna Ali Rada üzvlərinin sayını azaltdı
Bizi izləyin

Dünya

Ukrayna Ali Rada üzvlərinin sayını azaltdı

Ukrayna Ali Radasına növbəti seçkilərdə 438 deputat seçiləcək.

Publika.az-ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Mixail Oxendovski bildirib.

Oktyabrın 26-na təyin olunan seçkilər ilk dəfə mojaritar və proporsional sistemlə keçiriləcək. Parlament üzvlərinin yarısı - 225 deputat partiya siyahıları, 213-ü isə birmandatlı seçki dairələri üzrə seçiləcək. Rusiya tərəfindən ilhaq olunan Krım və Sevastopolda seçkilər keçirilməyəcəyi üçün birmandatlı seçki dairələri üzrə 215 deyil, məhz 213 deputat seçiləcək.

Donetsk və Luqansk vilayətindəki seçki dairələrinin taleyinə yenidən baxıla bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm