Davudoğlu 1245 imza ilə namizəd göstərildi
Bizi izləyin

Dünya

Davudoğlu 1245 imza ilə namizəd göstərildi

AKP-də yeni dövr başlayır.

Publika.az xəbər verir ki, Türkiyənin hakim partiyası AKP-nin I fövqəladə qurultayı davam edir. Bu qurultayda həm sədr, həm də baş nazir seçiləcək. Qurultayda 40 min adam iştirak edir. Qurultayda yeganə namizəd Əhməd Davudoğludur. Əhməd Davudoğlu 1245 imza ilə namizəd sədrliyə namizəd göstərilib.

Qurultayda Ərdoğan daha çox Fətullah Gülən və ətrafını tənqid edib:

“Bu mübarizə heç vaxtı kreslo mübarizəsi olmayıb. Mübarizəyə xəyanət edənlərin başına nə gəldiyini tarix göstərib. Bizim aramızdan da belələri çıxdı. Və onları heç kim xatırlamır, xatırlamayacaq da. Okeanın o tayından (ABŞ-da yaşayan Fətullah Güləni nəzərdə tutur – red) gələn zənglərlə istefa verənlər, çevrilişçilərin gətirdiyi məlumatlara inananları bu gün heç kim tanımır və tanımayacaq. Bu mübarizə davam edir və davam edəcək”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm