Rusiya Şaxtyorsk-İlovaysk istiqamətində hücuma hazırlaşır
Bizi izləyin

Dünya

Rusiya Şaxtyorsk-İlovaysk istiqamətində hücuma hazırlaşır

Rusiya qoşunları Donetsk vilayətinin Novoazovsk şəhəri, Starobeşevsk və Amvrosievsk qəsəbələrini işğal edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məıtbuat katibi Andrey Lısenko bildirib.

“Donetsk vilayətinin cənub-şərq hissəsində Rusiyanın silahlı quldur dəstələrinin əks-hücumu davam edir. Rusiya hərbçiləri Şaxtyorsk-İlovaysk istiqamətində güclü hücuma hazırlaşırlar. Ukrayna sərhədçiləri və Milli Qvardiya döyüşçüləri ağır silahlara sahib olmadığı üçün geri çəkildilər”, - Lısenko qeyd edib.

Onun sözlərinə görə, hərbçilərin həyatının qorunması, hərbi qruplaşmaların yenidən formalaşdırılması məqsədi ilə antiterror gücləri, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birləşmiş gücləri ərazidən çıxarılıb. Lısenko yalnız bundan sonra iki kolondan ibarət Rusiya qoşununun Novoazovska daxil olduğunu bildirib.

A.Lısenko əlavə edib ki, Mariupol istiqamətində antiterror güclərinin blokpostları və dayaq məntəqələrinin mühəndis-istehkam avadanlığının təkmilləşdirilməsi işləri davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm