Dünya
İŞİD-dən mədəni qadağalar
Bir müddət öncə Suriyanın Raqqa şəhərində yerləşən məşhur Veysəl Qarani ziyarətgahını partladan İŞİD (İraq Şam İslam Dövləti), daha sonra XIX əsrin böyük musiqiçilərindən olan Osman Əl Mosulinin, ərəb şairi Əbu Təmmamın heykəlini və XII əsrdə yaşamış filosof, tarixşünas, “əl-Kamil fit-Tarix” əsərinin müəllifi ibn-Əsir və digər tanınmış alim İbnul-Cəzərinin məqbərələrini dağıtmışdı.
Bütün mədəniyyət abidələrinin – tarixi türbələrin, məzarların, heykəllərin haram buyurulduğunu iddia edən təşkilat muzeylərdəki qazıntılar zamanı tapılan qədim əşyaları da məhv edib. Lakin araşdırmalardan sonra məlum olub ki, İŞİD neftdən sonra ən böyük gəliri belə tarixi əsərlərin, arxeoloji qazıntılar zamanı tapılan antik əşyaların satılmasından əldə edir.
Bu gün İŞİD-in mədəniyyət və elm sahəsində atdığı növbəti addım da dünya mediasında şok effekti yaradıb. Təşkilat Suriyada ələ keçirdiyi ərazilərdə musiqi və tarix dərslərinin keçirilməsini qadağan edib. Həmçinin bəzi fənlərin də proqramdan çıxarılması barədə müzakirələr aparılıb.
Bundan başqa, Darvinin təkamül nəzəriyyəsi ilə bağlı bütün məlumatların silinməsi haqqında növbəti qərar qəbul edən İŞİD sənət və musiqi təhsili, sosial elmlər, bədən tərbiyəsi, fəlsəfə, psixologiya və dindən bəhs edən bütün mədəniyyət dərslərinin tədris olunmasını qadağan edib.
1937.az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR