Kiyev Brüsseldən hərbi yardımla qayıdır
Bizi izləyin

Dünya

Kiyev Brüsseldən hərbi yardımla qayıdır

Ukrayna Avropa Birliyi ölkələrindən hərbi-texniki yardım almağa başlayıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Brüsseldə səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

Ukrayna prezidenti səfər çərçivəsində Avropa Birliyi ölkələri ilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üzrə konsultasiyaların keçirildiyini deyib. Poroşenko hərbi-texniki yardımın Ukrayna ordusunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldəcəyini qeyd edib.

Poroşenko hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin NATO-nun 4-5 sentyabr tarixlərində Uelsdə keçiriləcək sammitində müzakirə olunacağını əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm